Misir İsrail ilə imzalanmış uzunmüddətli qaz müqaviləsini birtərəfli şəkildə dayandırıb
23 aprel 2012 07:36 (UTC +04:00)
Bakı - APA-Economics. Misir İsrailə qaz nəqlini və iki ölkə arasında imzalanmış uzunmüddətli müqaviləni birtərəfli şəkildə dayandırıb.
“APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu barədə Misir Neft Korporasiyasının icraçı direktoru Xani Daxi açıqlama verib.
Onun sözlərinə görə, qaz müqaviləsinin dayandırılmasına səbəb İsrailin bir neçə aydır aldığı qaza görə ödəniş aparmaması olub və burada heç bir siyasi çalar yoxdur.
Öz növbəsində bu ittihamı rədd edən İsrail tərəfi bəyan edib ki, Qahirənin bu qərarı iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirir.
Qeyd edək ki, 2011-ci ilin fevralında Misir prezidenti Hüsnü Mübarəkin istefasından sonra bu ölkədən İsrailə qaz nəqlinin həyata keçirildiyi kəmər 14 dəfə partladılıb. Misirdə nüfuzunu getdikcə artıran “Müsəlman qardaşları” təşkilatı İsrail ilə bütün iqtisadi münasibətlərin kəsilməsində israr edir.

Sənaye və energetika
Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
12:34
18 may 2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024