Misirdə çoxmərtəbəli bina uçub, çoxlu sayda ölən və yaralanan var

Misirdə çoxmərtəbəli bina uçub, çoxlu sayda ölən və yaralanan var
# 08 oktyabr 2008 12:40 (UTC +04:00)
İsgəndəriyyə-APA. Misirin İsgəndəriyyə şəhərində dördmərtəbəli yaşayış binasının uçması nəticəsində 11 nəfər həlak olub, onlarla şəxs yaralanıb. APA-nın məlumatına görə, xilasedicilər dağıntılar altından 35 nəfəri sağ çıxarmağa müvəffəq olublar. Müxalifət nümayəndələri binanın qəza vəziyyətində olduğunu, baş verən hadisəyə görə məsuliyyətin bələdiyyə orqanlarının üzərinə düşdüyünü bəyan ediblər. Qeyd edək ki, ötən il İsgəndəriyyədə 12 mərtəbəli binanın uçması nəticəsində 35 nəfər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR