Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü S.Fərzəliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
41 yaşlı kişinin hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.