Somali yaxınlığında piratlar türk gəmisini ələ keçiriblər

Somali yaxınlığında piratlar türk gəmisini ələ keçiriblər
# 30 oktyabr 2008 10:57 (UTC +04:00)
Somali – APA. Somali sahilləri yaxınlığında Türkiyəyə məxsus gəmi piratlar tərəfindən ələ keçirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, oktyabrın 29-da günorta saatlarında gəmi katerlə yaxınlaşan piratların hücumuna məruz qalıb. Gəmi və 20 ekipaj üzvündən xəbər yoxdur. Qaçırılan gəmi Sabançı ailəsinə məxsus “Ya/Sa Denizcilik” şirkətinə aiddir.

Qeyd edək ki, yanvar ayından bu yana Somali sahilləri yaxınlığında piratlar tərəfindən 73 gəmi qaçırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR