Bank Of Baku

Misirdə 4300 il əvvəl inşa olunmuş yeni piramida tapılıb

Misirdə 4300 il əvvəl inşa olunmuş yeni piramida tapılıb
# 12 noyabr 2008 10:07 (UTC +04:00)
Qahirə-APA. Misirdə yeni piramida aşkarlanıb. APA-nın məlumatına görə, bununla da Misirdə kəşf olunan piramidaların sayı 118-ə çatıb. Misirin baş arxeoloqu Zahi Havass yeni piramidanın Sakkara yaşayış məntəqəsində aşkarlandığı, ilkin hesablamalara görə bu tikilinin 4300 il əvvəl inşa olunduğunu bildirib. Arxeoloqlar piramidanın Kral Tetinin anası kraliça Sesheshetə aid olduğunu güman edirlər. Piramidanın uzunluğu 5 metrdir. Qeyd edək ki, Nuh daşqınından əvvəlki dövrə aid tikili hesab olunan piramidalar Misirdən başqa Cənubi Amerika ərazisində də aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR