Bank Of Baku

Somali dəniz quldurları 100 milyon dollarlıq yükə malik “Sirius Star” supertankerini ələ keçiriblər

Somali dəniz quldurları 100 milyon dollarlıq yükə malik “Sirius Star” supertankerini ələ keçiriblər
# 18 noyabr 2008 08:56 (UTC +04:00)
Somali-APA. Somalidən olan dəniz quldurlarının ələ keçirdiyi “Sirius Star” supertankeri bu ölkənin dəniz quldurluğu tarixində ən dəyərli qənimət sayılır. APA-nın məlumatına görə, qaçırılan tankerə Səudiyyə Krallığında gün ərzində hasil olunan ümumi neftin 25 faizi yüklənib. Yükün ümumi dəyəri 100 milyon dollardan artıqdır. Tankerin 25 nəfərdən ibarət şəxsi heyəti də piratlar tərəfindən əsir götürülüb. Onların arasında Böyük Britaniya, Polşa, Xorvatiya, Filippin və Səudiyyə Ərəbistanı vətəndaşları da var. Dəniz quldurları indiyə kimi ələ keçirdikləri gəmilərin geri qaytarılması üçün maksimum 2 milyon dollar pul tələb ediblər. Lakin mütəxəssislərin fikrincə, bu dəfə tələb olunacaq məbləğin həcmi bundan dəfələrlə artıq ola bilər. 2008-ci ilin əvvəlindən bu günə kimi 83 gəmi Somali dəniz quldurlarının hücumuna məruz qalıb. Onlardan 33-ü quldurlar tərəfindən ələ keçirilib, həmin gəmilərin 200-dək üzvü hələ də girov saxlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR