Bank Of Baku

Misirdə baş verən yol qəzasında 7 Rusiya vətəndaşı ölüb, 16 nəfər yaralanıb

Misirdə baş verən yol qəzasında 7 Rusiya vətəndaşı ölüb, 16 nəfər yaralanıb
# 23 dekabr 2008 08:52 (UTC +04:00)
Qahirə-APA. Misirdə baş verən yol qəzasında 7 nəfər ölüb, 16 nəfər yaralanıb. APA-nın məlumatına görə, Sina yarımadasının cənubunda baş verən qəzada zərərçəkənlərin hamısı Rusiyadan olan turistlərdir. Xarici turistlər Qüdsdən Şarm əl-Şeyxə qayıdarkən Dahab kurort şəhərciyinin yaxınlığında qəzaya uğrayıblar. İlkin məlumatlara görə, turistlərin olduğu avtobusun qəzaya uğramasına səbəb çətin hava şəraiti olub. Ölənlərdən 5-i qadın, 1-i kişidir. Yaralılar Şarm əl-Şeyx xəstəxanasına, ölənlərin meyitləri isə Dahab ölüxanasına aparılıb. Turistlərin lisenziyası olmayan şirkət tərəfindən Misirə göndərildiyi bildirilir.

Qeyd edək ki, Misirdə hər il orta hesabla 27 min yol qəzası baş verir. Bu qəzalarda orta hesabla 6 min nəfər dünyasını dəyişir. Yol qəzalarının sayının çox olmasına səbəb ölkənin nəqliyyat parkının köhnə model maşınlardan təşkil olunmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR