Bank Of Baku

Qvineya ordusunun kapitanı Konstitusiyanın fəaliyyətinin dayandırıldığını və hökumətin buraxıldığını elan edib

Qvineya ordusunun kapitanı Konstitusiyanın fəaliyyətinin dayandırıldığını və hökumətin buraxıldığını elan edib
# 23 dekabr 2008 14:52 (UTC +04:00)
Konakri – APA. Qvineya ordusunun kapitanı Mussa Dadi Kamara Konstitusiyanın fəaliyyətinin dayandırıldığını və hökumətin buraxıldığını elan edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, M. D. Kamara milli radio ilə çıxışında bildirib ki, siyasi institutlar böhran dövründə ölkə qarşısındakı problemləri həll etmək bacarığına malik olmadıqlarını göstəriblər. O, korrupsiya ilə mübarizə və iqtisadi inkişafı təmin etmək üçün kurs dəyişikliyinə ehtiyac olduğunu deyib. Kapitan hökumət orqanlarının əvəzinə hərbçilər və mülki şəxslərdən ibarət Məsləhət Şurası formalaşdırılacağını bildirib.

Qeyd edək ki, M. D. Kamaranın bəyanatı ölkə prezidenti Lansana Kontenin vəfatından bir neçə saat sonra yayılıb. Ancaq onun konkret hansı qüvvələrin adından çıxış etdiyi və ölkədə çevriliş baş verib-vermədiyi bəlli olmayıb. Kapitanın bəyanatından sonra baş nazir Əhməd Tidian Suare milli televiziyaya çıxaraq əhalini və ordunu sakitliyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR