Bank Of Baku

Zimbabvedə vəbadan 1564 nəfər ölüb

Zimbabvedə vəbadan 1564 nəfər ölüb
# 30 dekabr 2008 07:38 (UTC +04:00)
Zimbabve – APA. Zimbabvedə vəba epidemiyası nəticəsində ölənlərin sayı artır. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, Dünya Səhiyyə Təşkilatı avqust ayından bəri ölkədə vəbaya yoluxan 29 min 131 nəfərin qeydə alındığını, onlardan 1564-nün öldüyünü açıqlayıb. Təkcə son 6 gündə 400-ə yaxın adam dünyasını dəyişib. Epidemiya Zimbabvenin bütün əyalətlərində yayılıb. Ən ağır vəziyyət isə paytaxt Xarare şəhərindədir. Burada 9916 nəfər vəbaya yoluxub və 330 ölüm faktı qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR