Bank Of Baku

Misir ordusu Mübarək hökumətini İsrailə dəstək verdiyinə görə hərbi çevrilişlə hədələyib

Misir ordusu Mübarək hökumətini İsrailə dəstək verdiyinə görə hərbi çevrilişlə hədələyib
# 05 yanvar 2009 09:14 (UTC +04:00)
Qahirə-APA. İsrailin Fələstinə hərbi təcavüzünə qarşı Misir hökumətinin nümayiş etdirdiyi loyal mövqe ölkədə ciddi narazılıqla qarşılanıb. APA-nın məlumatına görə, ölkənin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında hökumətin mövqeyi kəskin şəkildə pislənib. Qəzza zolağında atəş altında qalan fələstinlilərə yardım etmək üçün Refah sərhəd keçid-məntəqəsinə doğru yürüşə başlayan on minlərlə misirli Mübarək hökumətinin əleyhinə şüarlar səsləndiriblər. Keçirilən aksiyalarda çıxış edən Misir ordusunun zabitləri isə hökuməti hərbi çevrilişlə hədələyiblər. Onlar bildiriblər ki, Mübarək hökuməti İsrailə dəstək verəcəyi təqdirdə ordu təşəbbüsü öz əlinə alaraq hərbi çevriliş edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR