Bank Of Baku

Somali dəniz quldurları Türkiyənin “Nəslihan” gəmisini pul müqabilində azad ediblər

Somali dəniz quldurları Türkiyənin “Nəslihan” gəmisini pul müqabilində azad ediblər
# 07 yanvar 2009 11:44 (UTC +04:00)
Somali-APA. Somali dəniz quldurları pul müqabilində Türkiyənin YASA şirkətinə məxsus “Nəslihan” gəmisini sərbəst buraxıblar. APA-nın məlumatına görə, artıq gəmi Hind okeanında təhlükəsiz zonada üzməkdədir. Gəminin məxsus olduğu şirkət Somali dəniz quldurlarına “Nəslihan”ın buraxılması üçün nə qədər pul ödədiklərini açıqlamayıblar. Qeyd edək ki, “Nəslihan” gəmisi ötən ilin oktyabrında Ədən körfəzində quldurlar tərəfindən ələ keçirilib. Ələ keçirilən gəmidə 20 Türkiyə vətəndaşı olub, xarici agentliklər onların hamısının sərbəst buraxıldığını bildirirlər. Qeyd edək ki, yanvarın 3-də Nigeriya sahilləri yaxınlığında dəniz quldurları tərəfindən ələ keçirilən Fransanın “Burbon Leda” gəmisi də bu gün sərbəst buraxılıb. Gəminin sahibləri “Burbon Leda”nın buraxılması üçün nə qədər pul ödəndiyini açıqlamayıblar. Qeyd edək ki, Somali dəniz quldurları ötən il ümumilikdə 112 gəmiyə hücum edib, onlardan 40-nə ələ keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR