Bank Of Baku

Mərakeş İranla diplomatik münasibətləri dondurub

Mərakeş İranla diplomatik münasibətləri dondurub
# 07 mart 2009 07:25 (UTC +04:00)
Bakı-APA. Mərakeş Xarici İşlər Nazirliyi İran dövləti ilə diplomatik münasibətləri dondurduğunu bəyan edib. APA-nın məlumatına görə, bu qərar yüksək vəzifəli İran rəsmisinin Bəhreyn hökumətinin ünvanına sərt ifadələr işlətməsi ilə əlaqədar qəbul olunub. İran Ali Dini Şurasının üzvü Əli Əkbər Natiq Nuri fevralın 20-də bildirib ki, Bəhreyn əvvəllər İranın 14-cü vilayəti olub və ölkə parlamentində təmsilçiləri var. Mərakeş hökuməti bu fikirləri yersiz adlandırıb və fevralın 25-də öz müvəqqəti işlər vəkilini geri çağırıb. Nurinin fikirləri Bəhreyn və bir neçə ərəb ölkəsində də narazılıqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR