Azərbaycanın şimal-qərb rayonlarına təbii qazın verilməsi dayandırılıb
24 aprel 2009 09:51 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın şimal-qərb rayonlarına təbii qazın verilməsi dayandırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib. Məlumata görə, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsi bu gün səhər saat 9 radələrindən kəsilib. Zaqatala Qaz İstismarı İdarəsindən APA-ya verilən məlumatda bölgəyə mavi yanacağın verilməsinin dayandırılması faktı təsdiqlənib. Buna səbəb Yevlax-Balakən magistral qaz kəmərinin 104-cü kilometrliyində qaz sızmasının aşkar edilməsi göstərilib. Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları qaz kəmərində baş verən sızmanın aradan qaldırılması istiqamətində təmir işləri aparır. Axşam saatlarına kimi təmir işlərini başa çatacağı, bölgəyə mavi yanacağın verilməsinin bərpa ediləcəyi gözlənilir.
Sosial
ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi beynəlxalq ISO sertifikatlarına layiq görülüb
18:05
16 may 2024
Kürün Qazaxdan keçən hissəsində daşqın olub, fəsadlar yaranıb - FOTO
17:15
16 may 2024
Qarabağ Universitetində daha iki vakansiya elan edilib
17:08
16 may 2024
Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb
15:59
16 may 2024