Bank Of Baku

Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilən Səlahəddin Dəmirtaş və digərlərinə hökm oxunub - YENİLƏNİB

Səlahəddin Dəmirtaş, Figen Yüksekdağ

© APA | Səlahəddin Dəmirtaş, Figen Yüksekdağ

# 16 may 2024 18:18 (UTC +04:00)

Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşa hökm oxunub.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, Səlahəddin Dəmirtaş 42 il müddətinə azadlıqdan məhrum edilib.

***

17:10

Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilənlərə hökm oxunub.

APA-nın Türkiyənin NTV kanalına istinadən xəbərinə görə, PKK-nın siyasi qolu HDP-nin həmsədrləri Səlahəddin Dəmirtaş 28 il 6 ay, Figen Yüksekdağ 30 il, Mardin Şəhər Bələdiyyəsinin sabiq sədri Ahmet Türk 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Altan Tan, Ayhan Bilgen və Aysel Tuğluk isə bəraət alıblar.

Qeyd edək ki, 2014-cü ildə Kobani hadisələri zamanı Diyarbəkirdə 31 nəfər, o cümlədən iki polis əməkdaşı ölüb, 460 insan yaralanıb. Bu işlə əlaqədar 2019-cu ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR