Bank Of Baku

“Al-Qaida” britaniyalı girovu edam edib

“Al-Qaida” britaniyalı girovu edam edib
# 03 iyun 2009 08:12 (UTC +04:00)
Bakı-APA. “Al-Qaida” terror təşkilatının Şimali Afrikadakı qruplaşmaları girov götürdükləri Böyük Britaniya vətəndaşı Edvin Dayeri qətlə yetiriblər. APA-nın məlumatına görə, edam qərarı Britaniya hökuməti vaiz Əbu Qatadanı azadlığa buraxmaq haqqında “Əl-Qaida”nın ultimatumunu yerinə yetirmədiyinə görə verilib. “İslam Məğribində Al-Qaida” təşkilatı Britaniya vətəndaşının mayın 31-də öldürüldüyünü bəyan edib. Bəyanatda bildirilir ki, Böyük Britaniya öz vətəndaşlarının taleyi ilə maraqlanmadığını bir daha sübut etmiş olub. Xatırladaq ki, terrorçular yanvarın 22-də Niger ərazisində 4 turisti girov götürüblər. Onlardan biri Britaniya, Biri Almaniya, ikisi isə İsveçrə vətəndaşlarıdır. Daha sonra girovlardan bəziləri azadlığa buraxılıb, Britaniya və İsveçrə vətəndaşı isə Mali ərazisinə aparılıb. Qeyd edək ki, terror təşkilatının azadlığa buraxılmasını tələb etdiyi, əslən Fələstindən olan İordaniya vətəndaşı Əbu Qatada 2002-ci ildə həbs olunub. O, “Al-Qaida” lideri Üsamə bin Ladenin Avropada “səfiri” hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR