Bank Of Baku

Konqoda baş verən təyyarə qəzası nəticəsində yeddi nəfər həlak olub

Konqoda baş verən təyyarə qəzası nəticəsində yeddi nəfər həlak olub
# 26 avqust 2009 16:48 (UTC +04:00)
Bakı – APA. Konqoda təyyarə qəzası baş verib. APA-nın “Reuters”e istinadən xəbərinə görə, Konqonun paytaxtı Brazzavil şəhəri yaxınlığında An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.
Konqo Nəqliyyat Nazirliyindən bildirilib ki, ölənlərdən beşi Rusiya vətəndaşı, ikisi isə yerli sakindir. “Aero Fret Business” aviaşirkətinə məxsus təyyarə enməyə hazırlaşarkən qəbiristanlığa düşüb. Qəzanın səbəbləri və ölənlərin adları hələlik bəlli deyil.
Konqo hökuməti 2007-ci ildə An-12 təyyarələri ilə sərnişin daşınmasını qadağan edib. Amma bu qadağa yük daşınmasına aid edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR