Bank Of Baku

“Əl-Qaida”nın Keniya qruplaşmasının lideri öldürülüb

“Əl-Qaida”nın Keniya qruplaşmasının lideri öldürülüb
# 15 sentyabr 2009 09:29 (UTC +04:00)
Somali-APA. ABŞ hərbçilərimim Somalidə həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində Afrika qitəsində ən təhlükəli terrorçulardan biri sayılan Əli Saleh Nabxan öldürülüb. APA-nın məlumatına görə, adı çəkilən şəxs uzun illər Federal Təhlükəsizlik Xidməti tərəfindən axtarışda olub. “Əl-Qaida” terror təşkilatının Keniya qruplaşmasının lideri olan Əli Saleh Nabxanın avtomobilinə havadan zərbə endirilib və o qətlə yetirilib. Qeyd edək ki, 2002-ci ildə Keniya sahillərində yerləşən İsrail otellərində partlayışlara görə məsuliyyəti məhz Əli Saleh Nabxan öz üzərinə götürmüşdü. Bundan başqa 1998-ci ildə Şərqi Afrikada iki ABŞ səfirliyinin parladılması ilə nəticələnən terror aktlarının da bu şəxs tərəfindən planlaşdırıldığı güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR