Bank Of Baku

Misirdə bütün məktəb və universitetlər qapadılıb

Misirdə bütün məktəb və universitetlər qapadılıb
# 17 sentyabr 2009 09:18 (UTC +04:00)
Bakı – APA. Misirin hakimiyyət orqanları oktyabra qədər bütün məktəb və universitetləri bağlamaq qərarına gəlib. APA-nın BBC-yə istinadən xəbərinə görə, bu qərar A (H1N1) qripinin (“donuz qripi”nin) profilaktikası məqsədilə verilib.
Qeyd edək ki, hazırda Misirdə 900 nəfər “donuz qripi”nə yoluxub. Onlardan ikisi vəfat edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planetdə A (H1N1) qripinə laborator şəraitdə təsdiqlənmiş 286364 yoluxma halı qeydə alınıb. Bunun 3724-ü ölümlə nəticələnib. Bu sırada birinci yeri Braziliya tutur. Orada 899 nəfər A (H1N1) qripindən vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR