Bank Of Baku

Müəmmər Qəddafi Afrika və Cənubi Amerika ölkələrini öz NATO-larını yaratmağa çağırıb

Müəmmər Qəddafi Afrika və Cənubi Amerika ölkələrini öz NATO-larını yaratmağa çağırıb
# 28 sentyabr 2009 10:35 (UTC +04:00)
Bakı – APA. Liviya lideri Müəmmər Qəddafi Afrika və Cənubi Amerika ölkələrini özlərinin NATO-ya bənzər hərbi ittifaqını yaratmağa çağırıb.
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, Afrika və Cənubi Amerika ölkələri liderlərinin Venesuelanın Porlamare şəhərində keçirilən sammitində çıxış edən Müəmmər Qəddafi “Biz öz NATO-muzu, Cənub NATO-sunu yaratmalıyıq” - deyə qeyd edib.
Müəmmər Qəddafi Venesuela prezidenti Uqo Çaveslə birgə Afrika və Cənubi Amerikanın 30 ölkəsinin prezidentlərini iki qitə arasında siyasi və iqtisadi əlaqələri möhkəmləndirməyə səsləyib.
Qeyd edək ki, M.Qəddafi hazırda qitənin ən böyük dövlətlərarası təşkilatı olan Afrika İttifaqının rəhbəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR