Bank Of Baku

Nigeriya qiyamçıları neft müəssisələrinə hücumların bərpa olunduğunu bəyan ediblər

Nigeriya qiyamçıları neft müəssisələrinə hücumların bərpa olunduğunu bəyan ediblər
# 16 oktyabr 2009 08:41 (UTC +04:00)
Bakı - APA-Economics. Nigeriyanın “Niger deltasının azadlığı hərəkatı” (NDAH) adlı radikal qruplaşması atəşkəs rejiminin başa çatması və neft müəssisələrinə hücumların bərpa olunması haqda bəyanat yayıblar.
APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, atəşkəs bu il iyulun 15-də 60 gün müddətinə elan olunmuşdu. Buna qiyamçıların lideri henri Okanın həbsxanadan buraxılması səbəb olmuşdu. Qiyamçılar bəyan etmişdilər ki, hökumətin düzgün qərarlar qəbul edə bilməsi, bölgə əhalisinin problemlərinə diqqət yetirməsi və NDAH-la danışıqlara getməsi üçün atəşkəs elan edirlər. Sentyabrın 16-da Nigeriya hökuməti ilə hərəkat arasında danışıqların müddəti daha 30 gün artırılmışdı.
Qeyd edək ki, NDAH Nigeriyanın karbohidrogen ehtiyatları ilə daha çox zəngin olan Niger deltası bölgəsinin müstəqilliyi, neft sektorunun milliləşdirilməsi və gəlirlərin əhali arasında ədalətlə bölüşdürülməsi uğrunda mübarizə aparır. Hərəkatın yaraqlıları dəfələrlə xarici neft şirkətlərinə məxsus obyektlərə hücum edib, onların əməkdaşlarını girov götürüb və qətlə yetiriblər. 2007-ci ilin ortalarında terrorçuların aktivliyi nəticəsində Nigeriya neftinin ixracı 25% azalıb.
NDAH-ın aktivliyi dünya bazarında neftin qiymətini tənzimləyən faktorlardan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR