Bank Of Baku

Dəniz quldurları içində Türkiyə, Gürcüstan, Rusiya vətəndaşlarının olduğu tankeri ələ keçiriblər

Dəniz quldurları içində Türkiyə, Gürcüstan, Rusiya vətəndaşlarının olduğu tankeri ələ keçiriblər
# 29 dekabr 2009 09:26 (UTC +04:00)
Bakı – APA. Somalidəki dəniz quldurları Böyük Britaniya bayrağı ilə üzən və İspaniyadan Tailanda kimyəvi maddə daşıyan tankeri ələ keçiriblər. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Sent Ceyms Park” adlı tankerin 26 nəfərlik ekipajı Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Rumıniya, Filippin, Polşa və Hindistan vətəndaşlarından ibarətdir. Tanker Ədən Körfəzində qəza siqnalı verdikdən sonra kursunu dəyişib və Somali sahillərində doğru hərəkət etməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR