Bank Of Baku

Misirdə xristianlar gülləbaran edilib

Misirdə xristianlar gülləbaran edilib
# 07 yanvar 2010 02:39 (UTC +04:00)
Bakı – APA. Naməlum şəxslər Misirin Haqq-Həmmadi şəhərindəki kilsəyə toplaşan xristianları gülləbarana tutub. APA xəbər verir ki, bu barədə “RİA-Novosti” “Assoşeyted Press”ə istinadən məlumat yayıb. Yanvarın 7-ə keçən gecə baş vermiş hadisə zamanı ən azı yeddi nəfər həlak olub.
Məlumata görə, avtomobildə olan naməlum şəxslər kilsənin yanından keçərkən, Milad bayramı ilə əlaqədar təşkil olunan mərasimdə iştirak etmək üçün məbədə axışan xristianlara tərəf atəş açıblar.
Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.
Qeyd edək ki, Haqq-Həmmadi məşhur kurort şəhəri Luksorun 40 kilometrliyində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR