Bank Of Baku

Nigeriyada müsəlmanlar və xristianlar arasında baş vermiş qarşıdurmada 26 nəfər həlak olub

Nigeriyada müsəlmanlar və xristianlar arasında baş vermiş qarşıdurmada 26 nəfər həlak olub
# 18 yanvar 2010 23:49 (UTC +04:00)
Bakı-APA. Nigeriyada müsəlmanlar və xristianlar arasında baş vermiş qarşıdurmada ən azı 26 nəfər həlak olub, 300-dən artıq insan isə yaralanıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qanlı iğtişaş ölkənin şimalındakı Cos şəhərində (Plato ştatı) baş verib.
Qarşıdurmaya səbəb əsasən xristianların yaşadığı kvartalda məscid tikintisinin başlaması olub. Qəzəbli kütlə evləri və maşınları yandırmağa başlayıb. Şəhərdə komendant saatı tətbiq olunub, kvartalı təhlükəsizlik qüvvələri nəzarətə götürüblər. 150 milyonluq Nigeriyada dini zəmində qarşıdurmalar tez-tez baş verir. Qeyd etmək lazımdır ki, ölkə əhalisinin təxminən yarısını təşkil edən müsəlmanlar cənubda, digər yarısını təşkil edən xristianlar isə şimalda yaşayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR