Bank Of Baku

Darfur vilayətində insanların 80%-nin ölümünə diareya xəstəliyi səbəb olub

Darfur vilayətində insanların 80%-nin ölümünə diareya xəstəliyi səbəb olub
# 22 yanvar 2010 02:59 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Belçika alimləri belə hesab edirlər ki, Sudanın münaqişəli Darfur vilayətində insanların 80%-nin ölümünün əsas səbəbi təzyiqlər, hücumlar deyil, diareya (ishal) xəstəliyi olub. Alimlər 2003-cü ildən, yəni münaqişənin qızışdığı dövrdən indiyə qədər apardıqları hesablamalardan sonra bu qənaətə gəliblər.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, alimlərin apardığı son hesablamalar onu göstərir ki, hər hansı humanitar yardımın qəfil kəsilməsi və ya azalması sonsuz insan tələfatına səbəb olur.

BMT-nin Darfur vilayəti ilə bağlı hesabatlarına əsasən bu münaqişə zamanı 300 000 minə yaxın insan həlak olub və 2 milyondan çox insan öz evindən didərgin düşüb.

Qeyd edək ki, hər il dünyada 1.5 milyon uşaq diareya xəstəliyindən tələf olur. Və bu rəqəmlər geniş yayılmış QİÇS, malyariya və qızılca xəstəliklərindən ölənlərin sayını geridə qoyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR