Bank Of Baku

Nigeriya yaraqlıları birtərəfli atəşkəsi ləğv ediblər

Nigeriya yaraqlıları birtərəfli atəşkəsi ləğv ediblər
# 30 yanvar 2010 03:56 (UTC +04:00)
Bakı-APA. Nigeriyada ən iri üsyançı qruplaşma olan «Nigerin deltasının azadlığı uğrunda hərəkat» (MEND) birtərəfli atəşkəsi dayandıraraq yenidən neft sənayesi obyektlərinə hücumlara başlayacağını elan edib.

APA-nın RİA Novtsti-yə istindən verdiyi məlumata görə, adı çəkilən qruplaşma tərəfindən yerli hakimiyyətlə atəşkəs barədə danışıqlar aparmaq məqsədilə 2009-cu ilin dekabrın sonunda atəş «qeyri-müəyyən müddətə dayandırılıb».

Lakin ötən cümə günü MEND hakimiyyətdən neft sənayesindən əldə olunan gəlirin bölüşdürülməsinə dair hakimiyyətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini gözləmədiyini elan edib.

"Artıq aydındır ki, Nigeriya hökuməti hazırda təbii ehtiyatlar və torpaqlara nəzarətlə bağlı qruplaşmanın irəli sürdüyü şərtləri qəbul etmək niyyətində deyil", - deyə MEND-in bəyanatında deyilir.

Bundan əlavə, yaraqlılar neft sənayesi obyektlərin hücumların mümkünlüyünü də vurğulayıblar.

"Neft sənayesinə aidiyyəti olan bütün şirkətlər onların obyektlərinə və işçi heyətlərin iri miqyaslı hücumlara hazır olmaları məsləhətdir", - deyə bəyanatda deyilir.

Xatırladaq ki, MEND yaraqlılarının və Nigerin deltasında fəaliyyət göstərən digər silahlı qruplaşmaların 2006-cı ildə Chevron, Shell və digər neft şirkətlərinin obyektlərinə hücumları nəticəsində neftin ixracı 20% azalmasına gətirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR