Bank Of Baku

Nigeriya prezidenti hakimiyyəti vitse-prezidentə verə bilər

Nigeriya prezidenti hakimiyyəti vitse-prezidentə verə bilər
# 05 fevral 2010 01:19 (UTC +04:00)
Bakı-APA. Artıq 2 aydan çoxdur ki, ölkəsində görünməyən Nigeriya prezidenti Umaru Yaradua parlamentarilərə çox güman ki, hakimiyyətin vitse-prezidentə ötürülə biləcəyi barədə məktub göndərmək fikrindədir.

APA-nın məlumatına görə, bir neçə ay əvvəl Umaru Yaradua səhiyyəsindəki problemləri həll etmək məqsədilə Səudiyyə Ərəbistanına yola düşüb. Dövlət başçısının olmaması Nigeriyada ciddi Konstitusiya böhranına səbəb olub Cos şəhərində dini zəmində qarşıdurmaların başlanması vəziyyəti daha da gərginləşdirib.

Ölkənin vitse-prezidenti Qudlak Conatan vəziyyəti nəzarətə göndərmək üçün hadisə yerinə qoşun göndərmişdi. Lakin çoxları onun bu addımını antikonstitusion hesab etmişdilər. Çünki müvafiq əmri yalnız ali baş komandan olan prezident verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR