Bank Of Baku

Qahirədə mikroavtobus estakadadan aşıb: 6 nəfər həlak olub

Qahirədə mikroavtobus estakadadan aşıb: 6 nəfər həlak olub
# 06 fevral 2010 22:14 (UTC +04:00)
Bakı – APA. Misirin paytaxtı Qahirə şəhərində mikroavtobusun estakadadan aşması 6 nəfərin həlak olması və 9 nəfərin yaralanması ilə nəticələnib.

APA-nın “Masravi” saytına istinadən verdiyi məlumata görə, insident Qahirə şəhərinin Abbasiyyə rayonunda estakadalardan birində baş verib. Misir nəqliyyat polisinin bildirdiyinə görə, hadisəyə səbəb mikroavtobus sürücüsünün sürət həddini aşması olub. İdarəetməni itirən mikroavtobus yolun kənarındakı maneəni keçərək Misir beynəlxalq avtovağzalının yaxınlığındakı estakadadan aşıb.

Hadisənin təfərrüatı araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR