Bank Of Baku

Niger Konstitusiyasının qüvvəsi dayandırılıb

Niger Konstitusiyasının qüvvəsi dayandırılıb
# 19 fevral 2010 02:25 (UTC +04:00)
Bakı-APA. Nigerdə baş vermiş hərbi çevrilişin ardınca ölkə konstitusiyasının qüvvəsi dayandırılıb.

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, konstitusiyanın qüvvədən düşməsi barədə ölkə radiosu ilə «Demokratiyanın bərpa olunması üzrə Ali şura» adından çıxış edən polkovnik Qukoi Əbdülkərim (Goukoye Abdoulkarim) məlumat verib.

Hazırda Niger prezidenti Mamadu Tancanın (Mamadou Tandja) paytaxt Niameydən 20 kilrometr aralıdakı hərbi qarnizonda saxlandığı bildirilir.

İlkin məlumatlara görə, prezident qvardiyası çevriliş cəhdinin qarşısını almaq istəyib. Lakin onlar hərbçilərin qarşısını ala bilməyiblər. Atışma nəticəsində ən azı 10 nəfər yaralanıb.

Qeyd edək ki, 2009-cu ilin avqustunda Nigerdə keçirilmiş referendumun nəticəsinə əsasən prezident seçilməsinə qoyulmuş məhdudiyyətlər götürülmüşdü. Referendumdan sonra prezident səlahiyyətlərinin müddəti bitmiş Mamadu Tanca vəzifədən getməkdən imtina etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR