Bank Of Baku

Qiyamçılar Nigerin hava və quru sərhədlərini bağlayıblar

Qiyamçılar Nigerin hava və quru sərhədlərini bağlayıblar
# 19 fevral 2010 03:16 (UTC +04:00)
Bakı-APA. Özlərini «Demokratiyanın bərpa olunması üzrə Ali şura» adlandıran Nigerin hərbi qiyamçıları ölkənin quru və hava sərhədlərinin bağlandığını elan ediblər. APA-nın məlumatına görə, ölkədə yerli vaxtla axşam saat 18-dən səhər 6-dək komendant saatı da elan olunub.

Bir müddət öncə, «Demokratiyanın bərpa olunması üzrə Ali şura» adından çıxış edən polkovnik Qukoi Əbdülkərim (Goukoye Abdoulkarim) konstitusiyanın qüvvədən düşməsi barədə ölkə radiosu ilə məlumat vermişdi.

Hazırda Niger prezidenti Mamadu Tancanın (Mamadou Tandja) paytaxt Niameydən 20 kilrometr aralıdakı hərbi qarnizonda saxlandığı bildirilir.

İlkin məlumatlara görə, prezident qvardiyası çevriliş cəhdinin qarşısını almaq istəyib. Lakin onlar hərbçilərin qarşısını ala bilməyiblər. Atışma nəticəsində ən azı 10 nəfər yaralanıb.

Qeyd edək ki, 2009-cu ilin avqustunda Nigerdə keçirilmiş referendumun nəticəsinə əsasən prezident seçilməsinə qoyulmuş məhdudiyyətlər götürülmüşdü. Referendumdan sonra prezident səlahiyyətlərinin müddəti bitmiş Mamadu Tanca vəzifədən getməkdən imtina etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR