Bank Of Baku

Mayor Salun Cibo Nigerdə hakimiyyətə gəlmiş xuntanın başçısı elan olunub

Mayor Salun Cibo Nigerdə hakimiyyətə gəlmiş xuntanın başçısı elan olunub
# 19 fevral 2010 04:11 (UTC +04:00)
Bakı-APA. Fevralın 18-də Niger prezidenti Mamadu Tancunu devirmiş hərbi xuntanın başçısı aviasiya mayoru Salun Cibo elan olunub.

APA-nın məlumatına görə, artıq hərbi çevriliş bir neçə təşkilatçısı – cümlədən polkovnik Qukoi Əbdülkərim, polkovnik Cibrilla Hima Hamidou və Abdoulai Adamou Harouna televiziya ilə çıxış ediblər.

Hamidou və Harouna 1999-cu ildə Nigerdə baş vermiş hərbi çevrilişdə də fəal iştirak ediblər. O zaman mayor Dauda Vankenin başçılıq etdiyi xunta yarım il hakimiyyətdə qala bilmişdi. Həmin dövr ərzində yeni konstitusiya qəbul olunmuş və prezident seçkilərinə hazırlıq başlanmışdı. Məhz həmin seçkilərdə hazırda devrilmiş prezident Mamadu Tancu qalib gəlmişdi.

Fevralın 18-də hərbçilərin yenidən Nigerdə hakimiyyəti ələ keçiriblər. Prezident sarayına hücum edən qiyamçılar prezident Mamadu Tancunu Əsir götürərək paytaxt Niameydən 20 kilometr aralıda yerləşən hərbi qarnizona aparıblar. Hərbçilər hökuməti buraxaraq ölkə konstitusiyasının qüvvəsini dayandırıblar, ölkədə komendant saatı elan ediblər və dövlət sərhədini bağlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR