Bank Of Baku

Afrika İttifaqı Nigerə qarşı sanksiyalar tətbiq edəcək

Afrika İttifaqı Nigerə qarşı sanksiyalar tətbiq edəcək
# 20 fevral 2010 14:19 (UTC +04:00)
Niamey – APA. Afrika İttifaqı Nigerin birlikdə üzvlüyünün dayandırılmasına dair qərar qəbul edib. Buna səbəb isə Nigerdə baş vermiş hərbi çevriliş olub. APA-nın məlumatına görə, Afrika İttifaqı Təhlükəsizlik Şurasının bununla bağlı yaydığı bəyanata əsasən, qurum prezident Mamadu Tancın devrilməsini pisləyir və bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Xatırladaq ki, Nigerdə dövlət çevrilişi iki gün öncə baş verib – çevrilişi təşkil edən xuntaya başçılıq edən mayor Salu Cibo özünü yeni prezident elan edib. Həmçinin, Konstitusiyanın qüvvədən düşməsi, komendant saatının qüvvəyə mindiyi bildirilib. Lakin bir gün sonra komendant saatının müddəti dayandırılıb və artıq bu gün yeni hakimiyyət vətəndaşları kütləvi mitinqə çağırıb.
Qeyd edək ki, 1999-cu ildən Nigerə rəhbərlik edən M.Tancın təşəbbüsü ilə ötən ilin avqust ayında Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Ana qanuna edilən dəyişikliklərə əsasən, dövlət başçısı seçilməsi ilə bağlı bir nəfər üçün qüvvədə olan say məhdudiyyəti aradan qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR