Bank Of Baku

Kot d’İvuarda antiprezident nümayişləri keçirilir

Kot d’İvuarda antiprezident nümayişləri keçirilir
# 20 fevral 2010 17:41 (UTC +04:00)
Baku-APA. Qərbi Afrikanın Kot d’İvuar respublikasında daxili siyasi vəziyyət gərginləşir. Buake şəhərində antiprezident nümayişləri iğtişaşa çevrilib. APA-nın məlumatına görə, nümayiş iştirakçıları avtomobilləri yandırır, dükan və yerli hakimiyyət orqanlarının binalarıı dağıdırlar.

Ölkənin digər şəhərində Qaqnoada keçirilmiş etiraz aksiyalarında isə 5 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Etiraz nümayişlərinin iştirakçıları prezident Loran Qbaqbonu prezident seçkilərinin keçirilmə vaxtını uzatmaqda və süni olaraq hakimiyyətdə qalmaq müddətini artırmaqda günahlandırırlar.

Xatırladaq ki, Loran Qbaqbonun prezidentlik müddəti 2005-ci ildə bitib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR