Bank Of Baku

Sudan prezidenti qiyamçılar barəsində çıxarılmış ölüm hökmlərini ləğv edib

Sudan prezidenti qiyamçılar barəsində çıxarılmış ölüm hökmlərini ləğv edib
# 21 fevral 2010 04:55 (UTC +04:00)
Bakı-APA. Sudan prezidenti Ömər əl-Bəşir yüzlərlə Darfur qiyamçısı barəsində çıxarılmış ölüm hökmlərini ləğv edib.

APA-nın məlumatına görə, bəyanat Çadda Cənubi Sudan nümayəndələri ilə aparılmış danışıqdan sonra səsləndirilib.

Bu arada Sudanın Darfur əyalətinin əsas qiyamçı qruplaşmalarından biri hakimiyyətlə atəşkəs imzalamağa hazır olduğunu bəyan edib. «Ədalət və bərabərlik» qruplaşmasının nümayəndəsi Əhməd Hüseyn tərəflərin atəşkəs barədə çərçivə sazişi imzalamağa yaxın olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR