Bank Of Baku

CAR Şimali Koreya silahını daşıyan gəmini saxlayıb

CAR Şimali Koreya silahını daşıyan gəmini saxlayıb
# 24 fevral 2010 04:52 (UTC +04:00)
Bakı-APA. Cənubi Afrika Respublikası (CAR) Pxenyana qarşı tətbiq olunan beynəlxalq sanksiyaları pozaraq Konqoya silah daşıyan KXDR gəmisini saxlayıb. APA-nın məlumatına görə, CAR hökuməti artıq bu barədə BMT Təhlükəsizlik Şurasını xəbərdar edib.

Hadisə barədə məlumat verən CAR-lı diplomatın sözlərinə görə, gəmidə T-54 və T-55 tanklarının ehtiyat hissələri olub. O həmçinin silah daşınmasında bir fransız şirkətinin də əli olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasının 1874 saylı qətnaməsinə əsasən Şimali Koreyadan hər hansı hərbi yüklərin daşınması qadağandır. Qətnaməyə görə, BMT üzvü olan dövlətlər KXDR bayrağı altında üzən gəmiləri yoxlaya bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR