Bank Of Baku

Müəmmər Qəzzafi İsveçrəyə qarşı cihada çağırıb

Müəmmər Qəzzafi İsveçrəyə qarşı cihada çağırıb
# 25 fevral 2010 23:33 (UTC +04:00)
Bakı-APA. Liviya lideri Müəmmər Qəzzafi müsəlmanları İsveçrəyə qarşı müqəddəs müharibəyə çağırıb. «İsveçrə ilə əlaqə saxlayan istənilən müsəlman münafiqdir», deyə o bəyan edib.

Müəmmər Qəzzafi öz çağırışı İsveçrənin «Allahın evini məhv edən kafir ölkə» olması ilə izah edib. Onun sözlərinə görə, İsveçrəyə, sionizmə və xarici təcavüzə qarşı cihad terrorçuluq sayılmır.

Liviya liderin belə reaksiyasına isə İsveçrədə 2009-cu ilin noyabrında keçirilmiş referendumun nəticələri səbəb olub. O zaman referendumda iştirak edənlərin əksəriyyəti məscid minarələrinin tikilməsinə qarşı çıxmışdılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR