Bank Of Baku

Ərəb xarici işlər nazirləri Qüdsdəki vəziyyəti və İsrailin siyasətini müzakirə edəcəklər

Ərəb xarici işlər nazirləri Qüdsdəki vəziyyəti və İsrailin siyasətini müzakirə edəcəklər
# 03 mart 2010 00:34 (UTC +04:00)
Bakı-APA. Martın 3-də Misirin Qahirə şəhərində xarici işlər nazirləri səviyyəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) 133-cü sessiyası keçiriləcək.

APA-nın məlumatına görə, sessiyada əsas müzakirə mövzuları Fələstin ərazilərindəki və Şərqi Qüdsdəki vəziyyət və İsrailin ərəblər və Yaxın Şərq nizamlanmasına qarşı «saymazyana münasibəti» olacaq.

Hazırda Qahirədə olan Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın xarici işlər nazirlərilə ABŞ-ın İsraillə birbaşa danışıqlara başlamaq təklifini müzakirə etməsi də gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR