Bank Of Baku

İspan balıqçı gəmisi quldurların hücumunu dəf edib

İspan balıqçı gəmisi quldurların hücumunu dəf edib
# 05 mart 2010 01:50 (UTC +04:00)
Bakı-APA. Özəl mühafizə şirkətlərindən birinin silahlı əməkdaşları Hind okeanında dəniz quldurlarının ispan balıqçı gəmisinə hücumunu dəf ediblər.

APA-nın məlumatına görə, sututumu 2,1 min ton olan İspaniyanın «Albacan» balıqçı gəmisi Hind okeanında Seyşel adaları və Keniya sahilləri arasında 2 quldur motorlu qayığının hücumuna məruz qalıb. Quldurlar gəmini qumbaraatandan atəşə tutublar, qumbaralardan biri göyərtədə partlayıb. Cavab olaraq mühafizəçilər quldurların başlarını üzərindən güllə ataraq onları qaçmağa məcbur ediblər.

«Albacan» gəmisində olanlardan heç kim xəsarət almayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR