Bank Of Baku

NATO Somali piratlarına qarşı əməliyyatların müddətini 2012-ci ilə qədər uzadıb

NATO Somali piratlarına qarşı əməliyyatların müddətini 2012-ci ilə qədər uzadıb
# 11 mart 2010 00:15 (UTC +04:00)
Bakı-APA. NATO Somali dəniz quldurlarına qarşı əməliyyatların müddətini 2012-ci ilə qədər uzadıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü qurumun rəsmisi Ceyms Appaturay bildirib.

Onun sözlərinə görə, NATO ölkələrinin hərbi dəniz qüvvələrinə məxsus gəmilər beynəlxalq dəniz nəqliyyatının Aden körfəzini kəsən yollarında təhlükəsizliyin təmin olunmasında rolu böyükdür.

«209-cu ildə dəniz quldurlarının hücumlarının sayı əvvəlki illə müqayisədə artmasına baxmayaraq, bu hücumların müvəffəqiyyətlilik dərəcəsi 40% azalıb», - deyə Appaturay Brüsseldə jurnalistlərlə söhbətində deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR