Bank Of Baku

Mərkəzi Afrika Respublikasında dövlət çevrilişinin üstü açılıb

Mərkəzi Afrika Respublikasında dövlət çevrilişinin üstü açılıb
# 14 mart 2010 01:32 (UTC +04:00)
Bakı-APA. Mərkəzi Afrika Respublikasının (MAR) hökuməti ölkədə dövlət çevrilişinin hazırlandığından xəbər tutub. APA-nın məlumatına görə, bu barədə müdafiə naziri Jül Bernar Uande (Jules Bernard Ouande) bəyan edib.

Nazirin sözlərinə görə, bir qrup yerli hərbçi və siyasətçi martın 15-də ölkə prezidenti Fransua Bozizeni (Francois Bozize) devirməyi planlaşdırıbmışlar. Lakin martın 12-də çevriliş barədə məlumat hökumətin əlinə keçib.

Nazir çevrilişə yol verməmək üçün hökumətin artıq lazımi tədbirlər gördüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR