Bank Of Baku

Alman hərbçiləri Somali piratlarına məxsus gəmi tutub

Alman hərbçiləri Somali piratlarına məxsus gəmi tutub
# 22 mart 2010 11:24 (UTC +04:00)
Bakı – APA. Aden körfəzində keşik çəkən Almaniya Hərbi Dəniz Qüvvələrinin "Emden" freqatı Somali piratlarına məxsus gəmini ələ keçirib. APA-nın məlumatına görə, "Emden"də saxlanılan vertolyot vasitəsilə dəniz sularında bir gəmi və iki köməkçi qayıq aşkarlanıb. Xəbərdarlıq atəşindən sonra gəmi hərəkəti dayandırıb və alman hərbçiləri gəmi və qayıqlarda yoxlama keçiriblər. Nəticədə, gəmin aşkarlanan silah-sursat müsadirə edilib, motorlu qayıqlar isə batırılıb.
Lakin gəmidə tutulan şəxslərin piratçılıqla məşğul olması barədə dəqiq sübutlar olmadığına görə, onlar azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR