Bank Of Baku

Somali quldurları heyəti türklərdən ibarət gəmini ələ keçiriblər

Somali quldurları heyəti türklərdən ibarət gəmini ələ keçiriblər
# 23 mart 2010 17:42 (UTC +04:00)
Bakı-APA. Somali dəniz quldurları heyəti türklərdən ibarət yük gəmisini ələ keçiriblər. APA-nın məlumatına görə, hadisə Hind okeanında baş verib.

Quldurlar gəmiyə Avropa Birliyinin hərbi-dəniz qüvvələrinin nəzarət etdiyi zonadan xeyli aralıda hücum ediblər.

Frigia gəmisi Malta bayrağı altında üzsə də, onun 21 nəfərlik heyətinin 19 nəfəri türklərdir.

Gəmi İsrailin Aşdod şəhərindən Tailanda gedirmiş. Dəqiqləşdirilmiş məlumatlara görə, gəmi İsrail istehsalı olan potaş daşıyırmış.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR