Bank Of Baku

Türkiyə gəmisi Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalıb

Türkiyə gəmisi Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalıb
# 26 mart 2010 10:36 (UTC +04:00)
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, martın 25-də axşam saatlarında 8-10 nəfərdən ibarət silahlı quldur dəstəsi “Özay-5” gəmisinə basqın edib. Quldurlar gəmidəki ekipaj üzvlərinin cib telefonlarını və digər dəyərli əşyalarını toplayıblar. Lakin ekipaj üzvlərindən biri alarm düyməsinə basdıqdan sonra gəmidə qarşıdurma yaranıb. Nəticədə gəminin ekipajına daxil olan 2 Türkiyə və 1 Nigeriya vətəndaşı yaralanıb. Panikaya düşən quldurlar avtomatlardan atəş açmağa başlasalar da, gəmiyə və yükə zərər vermədən qaçıblar. Yaralı dənizçilər xəstəxanaya çatdırılıb, onların səhhəti qənaətbəxşdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR