Bank Of Baku

Qvineya-Bisauda hərbi çevriliş baş verib - FOTO

Qvineya-Bisauda hərbi çevriliş baş verib - <font color=red>FOTO</font>
# 01 aprel 2010 16:00 (UTC +04:00)
Bakı-APA. Qvineya-Bisaunun baş naziri Karlos Dominqes Qomes hərbçilər tərəfindən həbs olunub. APA-nın məlumatına görə, xarici kütləvi informasiya vasitələri ölkədə hərbi çevrilini baş verdiyi barədə məlumat yayırlar. Agentliklər baş nazirin “Gənc əsgərlər” adlanan hərbi qruplaşma tərəfindən həbs olunduğunu bildirir. Bundan əvvəl hərbçilər BMT nümayəndəliyinə daxil olaraq burada gizlənən ölkənin Hərbi Dəniz Qüvvələri komandanı Bubo Na Çutonu həbs ediblər. Bundan başqa ölkənin Silahlı Qüvvələrinin baş qərargah rəisinin də həbs olunduğu bildirilir. Prezident Malama Bakay Sanyinin yeri isə məlum deyil. 1974-cü ildə müstəqillik qazanan Qvineya-Bisauda bir neçə dəfə hərbi çevriliş olub. Ötən ilin martında ölkə prezidenti Nino Vieyra qətlə yetirilib, daha sonra keçirilən seçkilərdə Malama Bakay Sanyi bu ali posta seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR