Bank Of Baku

Hərbçilər tərəfindən girov götürülmüş Qvinea-Bisaunun baş naziri istefa verməyəcəyini açıqlayıb

Hərbçilər tərəfindən girov götürülmüş Qvinea-Bisaunun baş naziri istefa verməyəcəyini açıqlayıb
# 03 aprel 2010 08:12 (UTC +04:00)
Bakı-APA. Bir müddət əvvəl hərbçilər tərəfindən əsir götürülən Qvinea-Bisau prezidenti Karlos Qomes öz postundan getməyəcəyini açıqlayıb. APA-nın məlumatına görə, ölkədə vəziyyəti stabil adlandıran baş nazir bildirib ki, bu posta demokratik yolla seçildiyi üçün istefa vermək niyyəti yoxdur: “Sizi məni edirəm ki, bütün hakimiyyət orqanları normal şəkildə fəaliyyətlərini davam etdirəcəklər”. Xatırladaq ki, hərbçilər ölkənin bəzi rəhbərlərini girov götürsələr də, sonradan hakimiyyət orqanları vəziyyətə nəzarəti ələ keçirə biliblər. Mətbuat Qvineya-Bisauda baş verən hadisələri dövlət çevrilişi kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR