Bank Of Baku

Sudanda keçirilən seçkilər beynəlxalq standartlara uyğun olmayıb

Sudanda keçirilən seçkilər beynəlxalq standartlara uyğun olmayıb
# 17 aprel 2010 22:58 (UTC +04:00)
Bakı-APA. Sudanda keçirilən seçkilər beynəlxalq standartlara uyğun olmayıb. APA-nın “Exo Moskvı” radiostansiyasına istinadən verdiyi xəbərə görə bu barədə Qərb müşahidəçiləri açıqlama veriblər.

Avropa İttifaqı ekspertlərinin məlumatına görə, beş gün davam etmiş və cümə axşamı başa çatan seçkilər seçki prosesinin əsas tələblərinə cavab verməyib.

Sudanda uzun illərdən bəri seçkilər çoxpartiyalı sistem əsasında keçirilib və ilkin məlumatlara görə fəaliyyətdə olan prezident Ömər əl-Bəşir səslərin təqribən 90 faizini toplayıb. Onun əsas rəqibləri seçkiqabağı prosesdə yol verilmiş pozuntulara etiraz edərək seçkilərdə iştirak etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR