Bank Of Baku

Somalidə islamçılar 5 tikinti işçisinin başını kəsiblər

Somalidə islamçılar 5 tikinti işçisinin başını kəsiblər
# 21 aprel 2010 18:05 (UTC +04:00)
Bakı-APA. Somalidə 5 inşaat işçisinin başı kəsik cəsədləri tapılıb.

Paytaxt Moqadişonun sakinləri işçiləri islamçı «Eşşebab» yaraqlılarının, yeni parlament binasının inşaatında çalışdıqları üçün öldürdüyünü təxmin etdiklərini bildiriblər.

«Eşşebab» parlamentə Qərb tərəfdarlarının məkanı olaraq baxır. Ölkənin cənubu və mərkəzi hissəsinə nəzarət edən «Eşşebab» daha öncə də xaricdən dəstəkləndiyini iddia etdiyi hökumətə işləyən somalililəri öldürmüşdü.

Bu arada ölkenin mərkəzi hissəsindəki Qallad və Masaqava qəsəbələrində «Eşşebab» yaraqlılarıyla hökumətlə iqtidarın paylaşmaq barədə anlaşma imzalamış «Ehl-i Sünnet Ve’l Cemaat» təşkilatı üzvləri atışıblar.

«Ehl-i Sünnet Ve’l Cemaat» 15 «Eşşebab» yaraqlısını öldürdüyünü, özünün isə 2 nəfər itirdiyini iddia edərkən, insan haqları qrupları 11 nəfərin öldüyünü 23 nəfərin isə yaralandığını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR