Bank Of Baku

CAR-da qatar relsdən çıxıb: 2 nəfər həlak olub

CAR-da qatar relsdən çıxıb: 2 nəfər həlak olub
# 21 aprel 2010 18:58 (UTC +04:00)
Bakı-APA. Cənubi Afrika Respublikasının paytaxtında qatar relsdən çıxıb. Xilasedicilərin məlumatına görə, ən azı 2 nəfər həlak olub, onlarla insan ağır vəziyyətdədirlər. Həlak olanlardan biri fəlakətdən bir neçə dəqiqə qabaq qatarda uşaq doğmuş qadındır.

Qəzaya uğrayan Keyptaundan Pretoriyaya hərəkət edən bahalı turistlər üçün nəzərdə tutulan «Rovos reyl» qatarıdır. Lokomotiv dəyişməsi zamanı 19 idarə olunmayan vaqon qəflətən yerlərindən tərpənərək relsdən çıxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR