Bank Of Baku

Sudanda iğtişaş nəticəsində 2 nəfər həlak olub

Sudanda iğtişaş nəticəsində 2 nəfər həlak olub
# 24 aprel 2010 05:03 (UTC +04:00)
Bakı-APA. Cənubi Sudanda seçki sonrası baş verən qarşıdurmada ən azı 2 nəfər həlak olub.

Polis Əl-Vahd ştatının qubernatoru postuna müstəqil namizəd Anjelina Teninin tərəfdarlarına atəş açıb.

Bundan əvvəl isə radio ilə Sudan Xalq-Azadlıq Hərəkatının (SXAH) rəsmi namizədi Taban Den Qayın yenidən Əl-Vahd qubernatoru seçildiyi barədə məlumat verilib.

Hadisə SXAH sıralarında fikir ayrılığının olduğunu göstərir. Seçkilərdə müstəqil namizəd kimi iştirak etməsinə baxmayaraq, Anjelina Teni bu hərəkatın vitse-prezidentinin həyat yoldaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR