Bank Of Baku

Sudanda qiyamçılarla yerli qəbilə arasında baş verən toqquşmada 55 nəfər ölüb, 85 nəfər yaralanıb

Sudanda qiyamçılarla yerli qəbilə arasında baş verən toqquşmada 55 nəfər ölüb, 85 nəfər yaralanıb
# 26 aprel 2010 07:46 (UTC +04:00)
APA-nın məlumatına görə, insident ölkənin cənubunda, Darfur və Qərbi Bəhr-el-Qazal vilayətlərinin sərhədində baş verib. Qəbilənin nümayəndəsi insidentin qəbilə üzvləri mal-qara üçün yeni otlaq axtaran zaman qeydə alınıb: “Kimin birinci hücuma keçdiyini bilmirəm, amma silahlı münaqişə baş verdi”. “Sudan Xalq Azadlıq Ordusu” qruplaşması isə 120 nəfərlik qiyamçı qrupa Sudan hökumət qüvvələrinin hücum etdiyini, hücum zamanı ağır texnikadan istifadə olunduğunu bildirir. Köçəri qəbilələrin geyimi ilə maskalanmış əsgərlərin qiyamçılara hücum etdiyini başqa mənbələr də təsdiqləyir. Ordu komandanlığı isə qiyamçılarla hər hansı silahlı münaqişənin olmadığını bildirir. Sudanda ölkənin cənub və şimal hissələri arasında vətəndaş müharibəsi 1955-ci ildə başlayıb və 17 il davam edib. Nəticədə cənub bölgələri idarəetmə ilə bağlı müəyyən muxtar hüquqlar qazanıblar. Atəşkəs 10 il davam edib və sonra “Sudan Xalq Azadlıq Ordusu” qruplaşması silahlı münaqişə törədib. Hazırda Darfur vilayətində hökumət qüvvələri ilə müstəqillik əldə etmək istəyən qiyamçı qruplaşmalar arasında silahlı toqquşmalar davam edir. 2003-cü ildən etibarən bu toqquşmalarda 300 min nəfər ölüb, 2,7 milyon nəfər isə qaçqın vəziyyətinə düşüb. Rəsmi mənbələr isə vətəndaş müharibəsində yalnız 10 minədək insanın öldüyünü bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR