Bank Of Baku

Somalidə islamçılar xalqın gözü önündə məhkumu edam ediblər

Somalidə islamçılar xalqın gözü önündə məhkumu edam ediblər
# 26 aprel 2010 23:19 (UTC +04:00)
Bakı-APA. Somalidəki islamçı «Əş-şəbab» qruplaşması xalqın gözü önündə bir məhkumu güllələyib, digərinin isə əllərini kəsib.

Əli kəsilən məhkum oğurluqda müqəssir bilinib. Əvvəlcə onun əli yerli narkozla keyidilib, sonra kəsilib. Daha sonra əli kəsilmiş şəxs təcili yardım maşınına mindirilərək xəstəxanaya aparılıb.

Qruplaşma Somalinin hökumətini devirərək ölkədə şəriət hökuməti qurmaq istəyir.

Silahlı qruplaşma ölkənin cənubunun böyük bir hissəsiylə paytaxt Moqadişonun bir hissəsini nəzarətdə saxlayır.

«Əş-şəbab» nəzarəti altındakı bölgələrdə daş-qalaq və qırmanc cəzalarını da tətbiq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR